Rusiyanın Altay Dövlət Texniki Universitetinin Biysk Texnologiya institutunun alimləri qidaların ömrünü uzadan unikal, təbii əlavə işləyib hazırlayıblar.
Foodinfo xəbər verir ki, "Bu tamamilə təbii, ziyansız, kimyəvi qatqısız bir konservant olacaq. Əgər onu hazırda qida sənayesində istifadə edilən sintetik analoqları ilə müqayisə etsək, ərzağın keyfiyyətini itirmədən daha uzun müddət tərafətli saxladığının şahidi olarıq", - institut direktorunun müavini Vladimir Xmelyov "Rossiyskaya qazeta"ya deyib.
Konservantın hazırlanması üçün Biyskdən olan alimlər çaytikanının şirəsi çıxarılandan sonra qalan lətini utilizasiya edərək fermentlərin köməyilə canlı hüceyrələrdəki reaksiyaları sürətləndirib polifenollar - immuniteti möhkəmlədən güclü antioksidantlar - əldə ediblər.
Layihənin işltirakçıları bildiriblər ki, bu maddələr zərərli bakteriya və mikroorqanizmlərə artıb-törəməyə imkan vermir və beləliklə özünəməxsus mikrob əleyhinə qalxan yaradırlar
Son xəbərlər
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər
- Gündəlik yulaf yeməyin yan təsirləri ortaya çıxdı
- Bişmiş yumurta hansı hallarda xərçəngə səbəb ola bilər?
- Çərəzi nəm olmaması üçün necə saxlamaq olar?
- AQTİ-nin laboratoriyası üç beynəlxalq səriştəlilik sınağında on bir parametr üzrə uğurlu nəticə əldə edib