Məkkəgülü çayının dəmlənməsi olduqca sadədir. Eynilə qara çayı dəmlədiyimiz kimi, qaynayan suyun üzərinə bir miqdar Məkkəgülü əlavə edilərək, dəmlənməyə qoyulur. Təxminən 3-5 dəqiqə sonra çay hazır olur. Məkkəgülü çayı həmçinin zəncəfil, yaşıl çay, qara çayla qarışdırılaraq da hazırlana bilər. Bu bitkidən hazırlanan çayın qış aylarında bədən üçün xüsusi faydası vardır. Məkkə gülü bitkisinin dəmləməsini il boyu içə bilərsiniz.
Üzvi turşularla da zəngin tərkibi ilə məkkəgülü çayı bir çox xəstəliklərin təbii dərmanıdır. Onun bədənə şəfa verdiyi və təravətləndirdiyi elmi araşdırmalarla da sübut edilmişdir. Bu bitki C vitamini ilə zəngindir ki, həmin vitamin sayəsində bir çox xəstəliklərin yaranması əngəllənir.
Bu içkinin dadı turşməzə, rəngi qırmızı və xoş ətri var. Zövqə uyğun olaraq, isti və ya soyuq şəkildə içilir. İçkiyə dad vermək üçün şəkər və ya bal əlavə etmək olar. Ramazan ayı vaxtı oruc tutanlar üçün sahurda içmək tövsiyə olunur.
Latınca “hibiscus” adlanan məkkəgülünün geniş yayılmış digər adları roselle, kerkede və karkadedir. Həmçinin onu narçiçəyi, yamaykagülü, Misir qızılgülü və başqa adlarla da adlandırırlar. Əməköməcilər fəsiləsinə aiddir.
Məkkəgülü çayının möcüzəvi faydaları və zərərləri ilə bağlı "TarPas" kanalının hazırladığı videoda tanış ola bilərsiniz.
https://youtu.be/26mm36U9oXU
Son xəbərlər
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər
- Gündəlik yulaf yeməyin yan təsirləri ortaya çıxdı
- Bişmiş yumurta hansı hallarda xərçəngə səbəb ola bilər?
- Çərəzi nəm olmaması üçün necə saxlamaq olar?
- AQTİ-nin laboratoriyası üç beynəlxalq səriştəlilik sınağında on bir parametr üzrə uğurlu nəticə əldə edib