Sarımsağın tərkibində mikroelementlər, vitaminlər, efir yağları, antioksidantlar vardır. Bu tərəvəz məhsulu həm çiy, həm də bişirilmiş halda istifadə olunur. İnfeksiyaya qarşı müsbət təsir göstərən sarımsaq həzm sistemi və ağciyərlər üçün çox faydalıdır. Sarımsaq eyni zamanda təbii antiseptik vasitə olub mikrob və virus əleyhinə təsirə malikdir.