Çay dəmləyərkən yol verilən bu səhvlər faydalı hesab edilən içkini, zərərli zəhərə çevilə bilər. Bunu Alman riskləri dəyərləndirmə institutunun ekspertləri bildirib.
Foodinfo xəbər verir ki, onlar qeyd edib ki, müasir insanlar çayı düzgün dəmləmir, hətta qutunun üzərində istehsalçıların təlimatını da oxumur, əməl etmir. Halbuki çay dəmlənməsində bir qaydanın pozulması onu orqanizm üçün toksiki zəhərə çevirə bilər.
Belə ki, istənilən çay yarpaqlarının və bitki yığnaqlarının üzərinə təzə qaynanmış, qaynar su alınmalıdır və 5 dəqiqə dəmə qoyulmalıdır.
Xəbər verilir ki, hətta ən bahalı çay sortunda belə təhlükəli mikroblar ola bilər. Çünki çay tarladan yığılır, bitkidir.
Məsələn, çayda maya göbələyi, kif, salmonella ola bilər.
Ona görə üzərinə qaynar su alıb, dərhal içməmək lazımdır.
Əgər bu deyilən kimi dəmlənməsə, o çayın heç bir faydası yoxdur.
Nurlan
Son xəbərlər
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər
- Gündəlik yulaf yeməyin yan təsirləri ortaya çıxdı
- Bişmiş yumurta hansı hallarda xərçəngə səbəb ola bilər?
- Çərəzi nəm olmaması üçün necə saxlamaq olar?
- AQTİ-nin laboratoriyası üç beynəlxalq səriştəlilik sınağında on bir parametr üzrə uğurlu nəticə əldə edib