İnsanların bir çoxu meşəyə gedən zaman göbələk toplamaqdan ləzzət alırlar. Ancaq göbələyi tanımaq mühüm məsələdir. Göbələyin təxminən 38 min növü vardır. Onların bəzisi zəhərli və bəzisi zəhərsizdir. Göbələyin müxtəlif formalı və müxtəlif rəngli çeşidləri var. Göbələk çox ləzzətli tərəvəzdir. Yunanlar qədim zamanlarda belə düşünürdülər ki, göbələk döyüş meydanına gedən döyüşçülərə xüsusi güc verir. Ona görə də ondan ancaq bayram günlərində istifadə edərdilər. Çinlilər isə ondan dəyərli bir ərzaq kimi istifadə edərdilər. Bu gün göbələkdən müxtəlif yeməklərdə istifadə edirlər. Göbələk yeməklərə xüsusi dad verir. Göbələkdən adətən suplarda, salatlarda və qızartma yeməklərində istifadə edilir. Yeməklərə ləzzət qatan, vitamin anbarı hesab olunan göbələyin sağlamlığa olan faydaları saymaqla bitmir. Göbələklər xərçəng xəstəliyinin qarşısını alır və qan damarlarına elastiklik bəxş edir. Göbələyin tərkibində 80-90 faiz su vardır. Ona görə kalorisi çox azdır. Arıqlamaq istəyənlər üçün münasib qidadır. Bədəninizin müqavimətini artıran göbələk bir çox xəstəliyə dayanıqlı olmanızı təmin edən və sizi bu xəstəliklərdən qoruyan bir qida növüdür. İçində heç bir yağ və xolesterol saxlamayan, tərkibi zülal, lif, vitamin, mineral və su baxımından zəngin olan göbələk diabetli xəstələr üçün ideal bir qidadır. Təbii insulin və ferment saxlaması baxımından qan şəkərini tənzimləməyə kömək edir. Tərkibində saf zülal qaynağı olması və içində heç bir xolesterol və yağ olmaması baxımından ət yeməklərini əvəz edən ən sağlam qida hesab olunur. Həzm prosesi zamanı tərkibindəki liflər və fermentlər sayəsində zərərli xolesterinin səviyyəsinin düşməsinə yardımçı olur. Antioksidant baxımından zəngin olan göbələk həzmi asanlaşdırır. Tərkibində pensilinin bənzəri olan antibiotiklər mikroblarla və infeksiyalarla mübarizə aparır, mədə xəstəliklərinin müalicə olunmasına köməkçi olur. Tərkibində olan A, kompleks B və C vitaminləri həzm sistemini nizamlayır. Artıq çəkidən azad olmaq istəyənlər üçün göbələk uyğun qida növü hesab olunur. Tərkibində yağ olmayan,  həzmi asanlaşdıran və zülal baxımından zəngin olan göbələk artıq çəkidən azad olmaq istəyənlər üçün əhəmiyyətli bir qidadır. Heyvani qidalar və yağlar damar problemlərinə gətirib çıxartdığından tamamilə bitki mənşəli olan və tərkibində sıfır faiz yağ olan göbələk, ürəyi də qoruyur və damar tıxanmalarının qarşısını alır. Zəhərlənmələrə qarşı isə zəhərli olmayan göbələkləri tanımaq və diqqətli istifadəsi məsləhət görülür. Göbələk dəmir mənbəyidir 100 qram göbələyin tərkibində 1 milliqram dəmir var. Göbələyin tərkibində olan dəmir tez bir zamanda öz təsiri göstərir. Göbələk kalium və mis mənbəyidir Göbələk kalium mənbəyidir. Bu maddə qan təzyiqinin aşağı düşməsinə yardım edər. Ürək infaktı riskini azaldar. Göbələyin tərkibində olan kalium banan və bir stəkan portağal suyundan daha çoxdur. 5 ədəd göbələk bədənin misə olan ehtiyacının 20-40 faizini təmin edir. Bununla yanaşı, immun sistemini qaldırır. Göbələk selen mənbəyidir. Selen hüceyrələri qoruyan antioksidantdır. Müşahidələr göstərir gün ərzində müəyyən edilən miqdardan ikiqat çox selen qəbul edənlərdə xərçəng riski 65 faiz azalıb. Göbələklərdən qədim zamanlarda dərman hazırlanırdı və müxtəlif xəstəliklərə qarşı istifadə edilirdi. Misal üçün Yaponiyada və Çində ürək xəstəliklərinə, müxtəlif xəstəliklərə qarşı müqaviməti gücləndirmək, soyuqdəymə və qripə qarşı istifadə edilərdi. Bəs göbələkləri necə seçək? Sağlam və zərər görməmiş göbələkləri almağa çalışın. Kağız paketdə onu bir həftə soyuducuda saxlaya bilərsiniz. Göbəklərləri əvvəl təmizləyib, sonra yumaq lazımdır. Onun konservindən, qurudulmuşundan və dondurulmuşundan istifadə edə bilərsiniz. (tabloid.az)