Mütəxəssislər, hamiləlik dövründə anaların qidalarına diqqət etmələrini xəbərdar edib. Hamiləlik dövründə yeyilən fındığın ananın sağlamlığına və körpənin inkişafına faydalar verdiyini söyləyib. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, Prof. Dr. AA müxbiri Cem Demirel,hamiləliyin ilk üç ayının əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, körpənin inkişafının ilk üç ayı çox vacibdir. Belə ki, bu dövrdə orqanlar əmələ gəlməyə başladığı və hamiləliyin sonrakı hissəsi necə getməsini göstərdiyi üçün çox dəyərli bir zamandır. Bu aylarda qanaxma və düşmə təhlükəsi kimi problemlər yaşana bildiyi üçün ananın müdaxiləyə məruz qala biləcəyini də bildirib. Hamiləlikdə qidalanmaya DİQQƏT edilməlidir Prof. Dr. Dəmirəl, hamiləlik dövründə sağlam bəslənmənin ana və uşaq üçün çox əhəmiyyətli olduğunu söyləiyib. Onun sözlərinə görə, bu müddətdə ana kifayət qədər protein və vitamin almalıdır. Bundan əlavə, tərəvəz və meyvələrlə qidalanaraq minerallarla təmin olunmalıdır. Eyni zamanda ət və süd məhsulları iyeyərək lazımı zülalı almalıdır. Balıqda isə omeqa olduğu üçün körpənin zehni inkişafı üçün çox vacibdir. Professor bildirib ki, hamiləlik dövründə ananaın fındıq yeməsi də vacibdir. Körpənin zehni inkişafı üçün çərəzlər çox vacibdir. Bir ana gündə 10 ədəd fındıq yeyərsə başqa qidalardan omeqa və vitamin almağına gərək qalmaz. Fındıq anaya və körpəyə lazım olan omeqa miqdarını təmin etmiş olur. Doktor bildirib ki, hamiləliyin 24-cü həftəsində mütləq şəkər testi etdirməlidirlər. BU zaman körpədə şəkər dioqnozu qoyularsa, ana bətnindəykən müalicəsi edilməlidir. Çünki o uşağın 50 yaşında ürək xəstəliyinə tutulma riski o anki halına bağlıdır.