Qaraciyər özü özünü bərpa edən və təmizləyən mükəmməl orqandır.
Lakin müxtəlif mənfi təsirlər nəticəsində (pis ekologiya, pis vərdişlər, sağlam olmayan qidalanma, ziyanlı iş və s.) qaraciyərin bu funksiyaları zəifləyir. Bu isə qaraciyər xəstəliklərinin inkişafı riskini artırır.
Qaraciyərin özünü bərpa və təmizlənmə funksiyalarını sürətləndirmək üçün qidalanmaya bəzi məhsulları əlavə etmək lazımdır.
Sarımsaq
Kükürd birləşmələri izə zəngin olan sarımsaq qaraciyərin filtr funksiyasını yaxşılaşdırır. Bundan əlavə sarımsaq selen və allisin maddələri ilə zəngindir ki, bu maddələr qaraciyərin hüceyrələrini zədələmələrdən qoruyur.
Sarıkök
Sarıkökün tərkibində olan kurkumin maddəsi qaraciyərin hüceyrələrinin bərpasını sürətləndirir və həmçinin ödün ifrazını artırır ki, bu da öz növbəsində orqanizmdən toksinlərin xaric etməsi prosesini yaxşılaşdırır.
Alma
Pektinlərlə zəngin olan alma orqanizmi və o cümlədən qaraciyəri ziyanlı maddələrdən yaxşı təmizləyir. Həmçinin almanın tərkibində olan flavonoidlər qaraciyərdə iltihabları azaldır.
Çuğundur
Damarları genişləndirmək xüsusiyyətə malik olan çuğundur qan dövranını yaxşılaşdırır, qaraciyərdə durğunluq proseslərini azaldır.
Keşniş
Bir çox qida mütəxəssisləri keşnişi ən faydalı göyərti hesab edirlər. Keşniş orqanizmdə ziyanlı maddələri xaric etməyə yardım edir və bununla da qaraciyərin işini asanlaşdırır.
Su
Təmiz içməli su qaraciyərin ən yaxşı köməkçisidir. Mütəxəssislər günü 2 stəkan su işə başlamağı tövsiyə edirlər.
Su qaraciyəri təmizləyir, onun funksiyalarını yaxşılaşdırır. (Saglamolun)
Son xəbərlər
- Bədəninizin daha çox qidaya ehtiyacı olduğunu göstərən beş gizli əlamət
- Hər gün şəkərli içki içilərsə, bədəndə nə baş verər?
- Qaynar çay içməyin fəsadları
- Qanazlığı arıqlamğa mane olur?
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib