ABŞ alimləri xərçəng hüceyrələrinin böyüməyini stimullaşdıran qidaları araşdırıblar.
Foodinfo xəbər verir ki, onkoloqların fikrinə görə bunlar, yağlı qidalardır. Mütəxəssislər piyləri xərçəng hüceyrələri üçün "ideal qida" adlandırıblar.
Xərçəng hüceyrələri orqanizmə daxil olan piyləri daha tez böyümək və inkişaf etmək üçün istifadə edirlər.
Digər tərəfdən, çoxlu miqdarda piyləri qəbul edən xərçəng hüceyrələri xərçəng əleyhinə dərmanlara qarşı daha davamlı olur və onları məhv etmək çətinləşir.
Mütəxəssislər xəbərdarlıq edir ki, insan nə qədər çox yağlı yeməkləri yeyir və çəkisini artırırsa, bədxassəli hüceyrələrin də orqanizm boyu yayılması prosesi sürətlənir.
Alimlər belə nəticəyə gəliblər ki, yağlı qidalarla zəngin olan qidalanma xərçəngin risk faktoru sayıla bilər.
Nurlan
Son xəbərlər
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər
- Gündəlik yulaf yeməyin yan təsirləri ortaya çıxdı
- Bişmiş yumurta hansı hallarda xərçəngə səbəb ola bilər?
- Çərəzi nəm olmaması üçün necə saxlamaq olar?
- AQTİ-nin laboratoriyası üç beynəlxalq səriştəlilik sınağında on bir parametr üzrə uğurlu nəticə əldə edib