“Bravo Supermarket” brendi ilə fəaliyyət göstərən “Azərbaycan Supermarket” MMC cərimələnib. Supermarketlər şəbəkəsinin cərimələnməsinə səbəb kimi ekoloji qanunvericiliyin pozulması göstərilib. Məlumata görə, “Azərbaycan Supermarket” MMC İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsilə 2500 manat məbləğində cərimələnib. MMC cərimənin silinməsi üçün məhkəməyə müraciət edib, lakin şirkətin iddiası təmin olunmayıb. (Report)