Rusiyalı diyetoloq və sağlam qidalanma mütəxəssisi Tatyana Meşçeryakova bildirib ki, qidanın dondurulması, digər saxlama üsullarından fərqli olaraq, faydalarını 100%-ə qədər saxlaya bilir.

Foodinfo.az xəbər verir ki, mütəxəssis "İzvestiya" qəzetinə müsahibəsində bu barədə danışıb. Bildirib ki, məsələn, qurudulmuş meyvələr öz xüsusiyyətlərinin 45% -ni itirir.

Lakin dondurulan zaman məhsullar orijinal dadını saxlayır. Həmçinin dondurulmuş meyvə, giləmeyvə və tərəvəzlər mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün də əlverişli qidadır.

Nərmin