“Real” market önəmli sosial layihəyə başlayıb. Cebhe.info-nun əməkdaşı xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən bu surermarket şəhid ailələrinə çörəyi pulsuz verir. Marketin çörək satılan şöbəsində bununla bağlı “Şəhid ailələrinə çörək pulsuzdur. Haqqı şəhidlər tərəfindən ödənilib” yazısı asılıb.