GPT neyron şəbəkəsinin və ChatGPT çat botunun sahibi, OpenAI-nin rəhbəri Sem Altman özünün "The Worldcoin Foundation" (WLD) kriptovalyutasını istifadəyə verib. Bu “kripto”dan yalnız biometrik məlumatları keçdiyiniz halda istifadə edə bilərsiniz.

Foodinfo.az xəbər verir ki, "The Worldcoin Foundation" layihəsi 20 ölkənin 35 şəhərində fəaliyyət göstərir, baş qərargahı isə Berlin və San Fransiskodadır. Gözün tor qişasını skan etdirənlərə tokenlər pulsuz paylanılacaq: WSD süni intellektin inkişafı fonunda iş yerlərini itirənlərə gəlir əldə etmək imkanı yaradacaq.

Gözün tor qişasının skan edilməsi insanları botlardan seçməyə yardım edəcək. Xüsusi “top” gözü skan edir və yaradılmış təsvirə unikal kriptoqrafik açar təyin edir. Bundan sonra bütün biometrik məlumatlar silinir.

“Biz inanırıq ki, əgər layihə uğurlu olarsa, "Worldcoin" iqtisadi imkanları əhəmiyyətli dərəcədə genişləndirə, məxfiliyi qoruyaraq insanları internetdə süni intellektdən ayırmağa imkan verən etibarlı həll yolu yarada bilər”, - deyə "Worldcoin"in həmtəsisçisi Aleks Blania bildirib. 

Fərid