Tibb elmləri namizədi, dietoloq Yelena Solomatina nanənin sağlamlığa faydalarından danışıb.

 “Nanənin xoş, təravətləndirici dadı var. Bakterisid xüsusiyyətə malik olduğundan onu tez-tez durulamalara əlavə edirlər”, - deyə ekspert “Sputnik” radiosuna müsahibəsində bildirib.

Mütəxəssisin sözlərinə görə, nanə diş əti iltihabı, stomatit, ağız boşluğunun selikli qişasının zədələnməsi zamanı istifadə olunur.

Nanə çayı sakitləşdirici təsirə malik olduğu üçün yuxusuzluq üçün faydalıdır.

Nanə ürək-damar sistemi və mədə-bağırsaq traktına da faydalı təsir göstərir.