Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə “Mərkəzi Asiyada kənd təsərrüfatı üzrə informasiya-məsləhət xidmətləri sahəsində potensialın gücləndirilməsi” layihəsi çərçivəsində elmi seminar keçirilib. Türkiyənin Üzvi Kənd Təsərrüfatının Təşkili Assosiasiyasının İdarə Heyətinin sədri Uyğun Aksoy tərəfindən “Üzvi kənd təsərrüfatı” mövzusunda keçirilən seminarda elmi-tədqiqat institutlarının, eləcə də Aqrar Xidmətlər Agentliyinin əməkdaşları iştirak ediblər.
Foodinfo.az xəbər verir ki, Uyğun Aksoy üzvi kənd təsərrüfatının ümumi anlayışları, tətbiq olunan texnologiyalar, standartlar, təftiş və sertifikatlaşdırma ilə bağlı nəzəriyyə və təcrübə, tədqiqat, yayım-məsləhət xidməti haqqında təqdimatla çıxış edib. O, seminar iştirakçılarına davamlı idarəetmə sistemi kimi üzvi kənd təsərrüfatının rolu, dünyada və Azərbaycanda üzvi kənd təsərrüfatının vəziyyəti, kənd təsərrüfatında mövcud olan müasir çətinliklər barədə geniş məlumat verib. Beynəlxalq ekspert iştirakçılarla üzvi təsərrüfatların idarəçiliyində əsas prinsiplər və təcrübələr, üzvi məhsulların satışa çıxarılması və aparıcı bazarlar, benəlxalq və milli standartlar, torpaq münbitliyinin idarə edilməsi, üzvi əkinçilikdə məhsulun inteqrasiyalı idarəçiliyi və icazə verilən mühafizə vasitələri, yabanı yığım, arıçılıq, yığım sonrası işlər və emal, təftiş, sertifikatlaşdırma və akkreditasiya, üzvi kənd təsərrüfatı yaratmaq üçün fermanın və sahənin planlaması, üzvi heyvandarlıq mövzuları ətrafında bilik və təcrübələri çatdırıb.
Sonra fermerlərin üzvi əkinçiliyə keçidi, təftiş və sertifikatlaşmaya hazırlanması, üzvi məhsullar üçün bazarın inkişaf etdirilməsi, yerli bazar, idxal, həmçinin regionların, bitkilərin və bazarların prioritetləşdirilməsi ilə bağlı qrup müzakirələri təşkil olunub.
Seminar iştirakçıları Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun üzvi kənd təsərrüfatı istiqamətində gördüyü işlərlə tanışlıq məqsədilə müasir avadanlıq və cihazlarla təchiz olunmuş şöbə və laboratoriyaları ilə tanış olublar.
Sonda Azərbaycanda üzvi kənd təsərrüfatının inkişaf etdirilməsi mövzusunda müzakirələr aparılıb və təlimin qiymətləndirilməsi prosesi həyata keçirilib.
Nurlan
Son xəbərlər
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər