Hər zaman öz fəaliyyət sahəsini genişləndirən, uğurları yerli və xarici qurumlar tərəfindən yüksək qiymətləndirilən Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Ulduz Şokolad Fabrikində 28 Noyabr tarixində Almaniyadan gələn bir qrup heyət qonaq olublar.
Görüşdə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri və AR-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri ilə fabrikin icraçı direktorunun müavini Elnur Allahverdiyev dəyirmi masa ətrafında bir sıra məsələləri müzakirə ediblər.
“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın 10 ili tamam olması münasibəti ilə ölkəmizə gələn alman qonaqları salamlayan fabrikin icraçı direktorunun müavini Elnur Allahverdiyev həmin proqramın şirkətimizdəki məzunları haqqında, eyni zamanda fabrikin tarixi, istehsal etdiyi məhsulları, beynəlxalq əlaqələri barəsində məlumatlar verib.
Görüşün davamı istehsalat sahəsində keçib. Burada şokolad konfetlərinin hazırlanma texnologiyasından tutmuş, onun qablaşdırılmasınadək bütün istehsal prosesləri qonaqlara izahlı şəkildə göstərilib, onlar yerindəcə istehsal olunan məhsullardan dadmaq imkanı əldə ediblər.
Yekunda qonaqlarla birlikdə xatirə şəkli çəkilib, "Ulduz" Şokolad Fabriki adından hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən Ulduz şokolad fabriki məşhur Almaniya şirkətlərinin istehsalı olan və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunmuşdur. Məhsullarının ekoloji baxımdan təhlükəsiz və sağlam qida olduğuna zəmanət verən fabrik İngilis Pərakəndəçilər Birliyi və Beynəlxalq Qida Standartlarını alan ilk yerli qida müəssisəsi olmaqla yanaşı, həm də “Halal qida”, “Kocher” kimi sertifikatlar əsasında fəaliyyət göstərir.
Son xəbərlər
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər