Avro Zonasında inflyasiya ötən ay gözlənilməz bir şəkildə yavaşlayıb. Avro Zonasında istehlakçı qiymətləri Sentyabrda illik 0.9 faiz artaraq AMB-nin 2% olan hədəfinin yarısından da aşağı düşüb. Ötən ay Avropa Mərkəzi Bankı yenidən faiz endirib və əlavə istiqraz alışı proqramına başlayacağını açıqlayıb. Bankın depozit faizi sıfırdan aşağıdır. Mənfi faizə və iqtisadiyyata ucuz pul ötürülməsinə baxmayaraq inflyasiya yüksəlmir.