6 ay ərzində cəmi 5-6 həftə hər gün fast-food qidaları, bizdə bu dönər, hamburger, qızarmış toyuq, kartof, pirojki və s. hesab olunur yemək beynin fəaliyyətini tamamilə sıradan çıxara bilir. Alimlər qeyri-düzgün qidalanma ilə yaddaşın getdikcə pisləşməsi arasında əlaqəni və təsiri araşdırıb. Nəticələr göstərib ki, fast-food və un tərkibli bişmiş məmulatlar beyin hüceyrələrini zədələyir. Bu tədqiqat Avstraliya alimləri tərəfindən kafeteriya dietasının, yəni kafe yeməklərinin və müxtəlif un məmumatlarının siçanların üzərində aparılıb. Siçanları 4 qrupa bölüblər: bir qrupu yüksək yağ və şəkər tərkibli qidalar, 2-ci qrupu qeyri-sağlam qida, 3-cü qrupu kafeteriya fast-foodu, 4-cü qrupu isə yalnız sağlam qida ilə qidalandırıblar. Eksperiment 6 həftə davam edib. Sonda məlum olub ki, yalnız fast food yeyən siçanlarda yaddaş çox pisləşib. 1-ci qrupa daxil siçanlar olduqları yerdə oriyentasiyanı çətin tapırdılar, şəkər və yağlı qidaların qəbulu davam etdikcə vəziyyətləri lap pisləşirdi. Zərərli qidalar və fast-foodla qidalanmanın ilk zərərli təsiri artıq 3 gün qidalanmadan sonra özünü göstərməyə başlamışdı. Kifayət qədər az müddətdir. Davam etdikcə və vaxt getdikcə daha da pis olur. Alimlər qeyd edir ki, yeniyetmə və gənclərin fast-foodla qidalanması onlarda axtarış, predmetləri yadda saxlamaq qabiliyyətini aşağı salır. (medicina)