"Biz kənddən şəhərə qablaşdırılmış məhsulların istehsalsıçıyıq.Biz bunları fermer brendi olaraq təqdim edirik. Bu ölkə daxili üçün nəzərdə tutulmuş qablaşdırılmış brend idi. Artıq uzun müddətdir araşdırmalarımız nəticəsində yeni brend yaratmışıq".
Bu fikirləri SalamNews-a açıqlamasında "Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin Sədri Leyla Məmmədova deyib.
L.Məmmədova yeni brendin adını açıqlamasa da bu brendin tezliklə ictimaiyyətə təqdim edəcəyini bildirib: Hal hazırda bu brendin adını açıqlaya bilmərik. Brend hazılanıb. Bu ilin sonuna kimi bu brendi təqdim etmək planımız var. Bununla bağlı müvafiq işlər aparılır. Biz bu brendlə xarici bazara çıxış əldə edə biləcəyik. Bu gün bizim kənd təsərüfatı məhsullarımız Rusiya kimi ölkədə çox yaxşı mövqeyə malikdir. Qablaşıdırılmış Azərbaycan məhsuluna təlabat çoxdur. Bunun üçün də arada olan boşluğu tam aradan qaldırmaq üçün bır sıra layihələr həyata keçirəcəyik."
Son xəbərlər
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər