Bakıdakı restoranlardan birində antisanitar şərait barədə mətbuatda məlumat yayılmışdı. Oxu.Az-ın verdiyi məlumata görə, paytaxtımızda fəaliyyət göstərən “Sofra” restoranın mətbəxində məişət əşyalarının içində siçanlar məskən salıblar. Şahidlər tərəfindən redaksiyayacgöndərilən fotolardan aydın olur ki, heyvanlar burada özlərini heç də yad kimi hiss etmirlər.
Qida təhlükəsizliyi Agentliyi Foodinfo.az-ın sorğusuna cavab olaraq bildirib ki, qida sahəsində baş verən bu kimi neqativ halları ictimailəşdirən və dərhal Agentliyin 1003 “Çağrı Mərkəzi”nə məlumat verən vətəndaşlara təşəkkürümüzü bildiririk.
Sözügedən məsələ ilə bağlı məlumatlar mediadan götürülərək dərhal araşdırmalara başlanılıb. Hazırda bu istiqamətdə mütəxəssislər tərəfindən araşdırmalar aparılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.
Son xəbərlər
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər