Rusiyanın müxtəlif şəhərlərində qarabaşağın qiymətində kəskin artım müşahidə olunur.
Qarabaşaq yarması tədarükçüləri pərakəndə satıcılara qiymət artımı barədə xəbərdarlıq edib. "Auchan" nümayəndəsinin sözlərinə əsasən, söhbət 20-25%-lik artımdan gedir.
Şərqi Sibirin ən iri pərakəndə satış şəbəkəsi olan "Komandor"un nümayəndəsi isə tədarükçülərin 1 kq qarabaşağa olan qiymətini 59 rubladək (təxminən 1,6 manat – red.) – 25-50% artırıblar: "Topdansatış qiyməti artır. Qarabaşaq sonuncu dəfə 3 il bundan öncə bahalaşmışdı".
Mütəxəssislərin fikrincə, topdansatış məntəqələrində qarabaşağın bahalaşması nəticəsində sözügedən məhsul istehlakçıya əvvəlkindən 5-30% daha baha çatacaq. Yeni ildən sonra qarabaşağın pərakəndə qiymətinin daha 10% artacağı gözlənilir.
"Əvvəlki iki ildə qarabaşağın qiymətləri endirildi və fermerlər bu məhsul üçün əkin sahələrini azaltmağa başladı. Nəticədə, topdansatış bazarında tədarük qıtlığı yarandı", - deyə "Rusprodsoyuz" sənaye birliyinin icraçı direktoru Dmitri Vostrikov bildirib. (APA)
Son xəbərlər
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər