Avropa Statistika Ofisi (Eurostat) 1 Oktyabr Beynəlxalq Qəhvə Günü münasibətilə qəhvə idxalı statistikasını açıqlayıb.
Avropa Birliyi (AB) üzvü olan 28 ölkə 2018-ci ildə 3 milyon 73 min tonluq qəhvə idxal edib və bu idxala 7 milyard 826 milyon avro xərclənib.
Həmin dövrdə Almaniya 1 milyon 99 min ton, İtaliya 587 min ton, Belçika 277 min ton, İspaniya 260 min ton, Fransa 220 min ton və İngiltərə 193 min ton qəhvə idxal edib.
AB ölkələrinə qəhvə ixrac edən ölkələr arasında birinci yerdə Braziliyadır. Braziliya 2018-ci ildə AB ölkələrinə 901 min ton qəhvə ixrac edib. Braziliyanın ardınca 770 min tonla Vyetnam, 228 min tonla Honduras, 173 min tonla Kolumbiya və 161 min tonla Uqanda gəlir. (marja)
Son xəbərlər
- Qanazlığı arıqlamğa mane olur?
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar