Yanvar-avqust aylarında paytaxtda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni ayları ilə müqayisədə 3,2 faiz artaraq 13 milyard 141,4 milyon manat olub. Foodinfo.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 5 milyard 918,1 milyon manat, qeyri-ərzaq məhsullarının həcmi isə 3 faiz artaraq 7 milyard 223,3 milyon manat təşkil edib. İstehlak məhsullarının 28,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.