Son günlərdə Səhmdar Cəmiyyətə (əvvəl MMC idi) çevrildiyi məlum olan “AZZA” QSC Maliyyə Bazarlarına Nəzarət Palatası xariclə valyuta əməliyyatlarındakı nöqsana görə tərəfindən cərimələnib.
Adıçəkilən şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 9 606 645,71 rubl valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, 1 921 329 rubl, yəni 45 535 manat məbləğində inzibati cərimə edilib. Qərar Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixində verib.
Buna baxmayaraq, məhkəmənin bu qərarından “AZZA” narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.
AZZA şirniyyat evinin əsası 2008-ci ildə qoyulub və artıq 10 ildən çoxdur ki, kremli – qənnadı məhsulların istehsalında fəaliyyət göstərir.
Xatırladaq ki, bir neçə gün əvvəl şirkətin MMC-dən QSC-yə çevrilməsi ilə bağlı məlumat yayılmışdı.
Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. (Banker.az)
Son xəbərlər
- Qanazlığı arıqlamğa mane olur?
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar