Bu ilin avqust ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1701 müraciət daxil olub.
AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, daxil olan müraciətlərdən 314-ü sertifikatlaşdırma və qeydiyyat, 359-u idxal-ixrac əməliyyatları, 235-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Qida zəhərlənmələri ilə bağlı Agentliyə 45 müraciət daxil olsa da, onlardan yalnız 10-u öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.
Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 91-i işə qəbulla, 657-i isə digər xarakterli müraciətlər olmuşdur.