Sink immun sisteminin güclənməsi, yaraların sağalması və hüceyrə yenilənməsi üçün vacib bir mineraldır. Foodinfo.az xəbər verir ki, bədən bu həyati əhəmiyyətli mineralı öz-özünə istehsal edə bilmədiyi üçün, sinki qidalar vasitəsilə almaq lazımdır.
Sink ehtiyacını qarşılayan əsas qidalar bunlardır:
1. Qırmızı ət
Xüsusilə mal əti sinklə zəngindir və bu mineralın asan sorulmasına kömək edir.
2. Dəniz məhsulları
Xərçəng, istiridyə və krevet kimi dəniz məhsulları yüksək sink tərkibi ilə seçilir.
3. Qoz-fındıq
Badam, qoz və kaju kimi çərəzlər həm sağlam yağlar, həm də sink baxımından zəngindir.
4. Meyvə və tərəvəzlər
Noxud, lobya, mərcimək kimi paxlalılar bitki mənşəli sink qaynaqlarıdır.
5. Süd məhsulları
Pendir və qatıq sink ehtiyacını qarşılamaq üçün faydalıdır və kalsium da təmin edir.
6. Taxıl məhsulları
Yulaf, buğda cücərtiləri və kəpəkli məhsullar sinklə zəngin olmaqla yanaşı, lif də təmin edir.
Sinkin bu qidalarla təbii olaraq alınması, bədəni gücləndirir və xəstəliklərə qarşı müqaviməti artırır.