Qastroenteroloq Yekaterina Kaşux buxarda bişmiş tərəvəzləri ən faydalı yan yemək növlərindən biri adlandırıb.

Foodinfo.az xəbər verir ki, Gazeta.Ru-ya müsahibəsində həkim bu sıraya antioksidantlarla, C və A vitaminləri ilə zəngin olan gül kələm, brokoli, kök, bibər və balqabaq daxil etməyi məsləhət görüb.

Onun sözlərinə görə, digər sağlam yan yeməklər lif, dəmir və maqnezium ehtiva edən qarabaşaq yarması, bulqur, bişmiş şirin kartof və taxıllardır.