Qastroenteroloq, tibbi eksperti Yekaterina Kaşux xurmanın faydalı xüsusiyyətlərindən danışıb.
Foodinfo.az xəbər verir ki, o Life.ru saytına müsahibəsində deyib ki, xurmanın tərkibində çoxlu antioksidanlar var. Həmçinin orqanizm hüceyrələrini sərbəst radikallardan qoruyan bioloji aktiv maddələr ilə zəngindir. Onların arasında A vitamini var ki, bu da görmə qabiliyyətini qorumağa kömək edir.
Bundan əlavə, bu meyvələrin tərkibində ürək-damar sisteminin normal fəaliyyəti üçün zəruri olan və immun sistemini gücləndirməyə kömək edən C, P və B vitaminləri, həmçinin kalium və maqnezium var, deyə həkim əlavə edib.