Dietoloq Elena Solomatina yeməkdən sonra üzüm yeməməyi tövsiyə edib.
Foodinfo.az xəbər verir ki, o, "Moskva" radiostansiyasına müsahibəsində üzümü çox diqqətlə və ehtiyatla yemək lazım olduğunu bildirib.
Onun sözlərinə görə, üzümdən sıyıq və ya kəsmikə əlavə etmək və ya smuzi hazırlamaq olar.
Mütəxəssisin əlavə etdiyi kimi, artıq şəkər ya emal edilərək yağ ehtiyatına çevrilir, ya da qanda qalır ki, bu da sağlamlığa ziyandır.