Endokrinoloq Mariya Kaloşina qara çörəyin tərkibindəki doymamış yağların ateroskleroz üçün faydalarından danışıb. Foodinfo.az xəbər verir ki, ekspert bu cür çörəyin tərkibində ağ çörəkdən bir az daha sağlam yağ olduğunu vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, bu yağlar aterosklerozun inkişaf riskini, insulin müqavimətini azaltmağa, orqanizmdə iltihabi prosesləri qismən aradan qaldırmağa kömək edir.

Endokrinoloqun qeyd etdiyi kimi, çovdar ununda yüksək dərəcəli ağ buğda unundan təxminən iki dəfə çox pəhriz lifi var.

Onların sayəsində toxluq hissi yaranır. Həmçinin, qara çörəyin tərkibindəki pəhriz lifi şəkərin udulmasını maneə törədir və faydalı mikrofloranın inkişafına kömək edir.