Şirin kartof qida dəyəri yüksək olan və sağlamlığa çoxsaylı faydaları olan bir tərəvəzdir. 

Foodinfo.az xəbər verir ki, şirin kartof Beta-karoten, C və B6 vitaminləri, kalium və liflə zəngindir. 

Şirin kartofun tərkibindəki beta-karoten bədənə daxil olduqda A vitamininə çevrilir ki, bu da göz sağlamlığı üçün çox faydalıdır və gecə korluğunun qarşısını alır. 

Eyni zamanda, güclü antioksidant təsiri ilə hüceyrələrin yaşlanmasını ləngidir və immunitet sistemini gücləndirir.

O həmçinin həzm sisteminə də faydalıdır, çünki yüksək lif tərkibi qəbizliyi aradan qaldırmağa kömək edir. 

Kalium tərkibi sayəsində qan təzyiqini tənzimləyir və ürək sağlamlığını dəstəkləyir. 

Bundan əlavə, şirin kartofun glisemik indeksi nisbətən aşağıdır və qan şəkərinin sürətlə artmasının qarşısını alır, bu da şəkərli diabet riskini azaldır. 

A və C vitaminləri ilə zəngin olması dəri sağlamlığını qoruyur, ona parlaqlıq və sağlam görünüş qazandırır.