Perunun Ayakuço regionunun San-Xose-de-Uşua dairəsində keçirilən yas mərasimi zamanı kütləvi zəhərlənmə olub. Zəhərlənmə nəticəsində 9 nəfər ölüb, 50 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Zəhərlənməyə həşəratların öldürülməsi üçün nəzərdə tutulan dərmanın qidaya düşməsinin səbəb olduğu  ehtimal edilir. Hazırda Perunun Hərbi Hava Qüvvələri zəhərlənən insanları İka şəhərində yerləşən xəstəxanaya çatdırır.