ABŞ-ın Miçiqan Universitetinin alimləri şagird və tələbələr tərəfindən çox istifadə olunan qidalar arasında narkotik kimi asılılıq yaradanlarını seçiblər.
Foodinfo.az Medicina.az-a istinadla xəbər verir ki, “narkotik ərzaqlar” adlandırılan siyahıda tərkibində karbohidratla yağların 2:1 nisbətdə olan qidalar yer alıb. Alimlər qeyd edir ki, belə tərkib eynilə ana südündə olduğu kimidir. Lakin bu tərkibi uşaq yalnız südəmər vaxtında almalıdır.
Xüsusi şkala üzrə qiymətləndirilən 35 ərzaq içində ilk yerlərini südlü şokolad, dondurma, pirojna, çips, kartof fri, pitsa, qazlı şirəli içkilər, burqer və popkorn tutub.
Alimlər bildirir ki, 3-7 yaş ərəfəsində beyin qidadan aldığı həzz və dadı yadda saxlayır və uşaq böyüdükcə bu dadı verən qidaları istəyib, digər dadları bəyənmir və daha sağlam ərzaqları yemir.
Son xəbərlər
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər