Tibb elmləri namizədi, diyetoloq Yekaterina Burlyaeva avokadonun stresslə mübarizədə kömək etdiyini söyləyib.

"Avokado B vitaminləri ilə zəngindir. 100 q məhsulun tərkibində gündəlik B9 vitamini ehtiyacının 20-30%-i, nikotinik turşunun demək olar ki, 30%-i, B6 vitamininin 13%-i var" - deyə o, Moskva Xəbər Agentliyinə müsahibəsində bildirib.

"Bu vitaminlər ilk növbədə sinir sisteminin normal işləməsi üçün lazımdır. Yəni avokado streslə mübarizə aparmağa kömək edir." 

Mütəxəssisin avokadonun yüksək kalorili məhsul olduğunu xatırladıb və onun istehlakını gündə 30-50 q ilə məhdudlaşdırmağı tövsiyə edib.