Endokrinoloq Yuliya Atamanova xəbərdarlıq edib ki, vegetarianlıq, hətta müvəqqəti olsa da, hamı üçün faydalı deyil.

Arıqlamaq məqsədilə belə pəhrizə keçmək yalnız həkim nəzarəti altında mümkündür.

Foodinfo.az xəbər verir ki mütəxəssis kp.ru saytına müsahibəsində belə deyib. 

Bitki əsaslı pəhrizə keçərkən əsas çətinlik heyvan zülalının olmamasıdır. 

Bunun qarşısını almaq üçün mütəmadi olaraq yağların əzələlərə nisbətini və bədəndəki suyun miqdarını göstərən bir üsuldan istifadə etmək, vitaminlərin, xüsusən də B12 vitamininin səviyyəsini yoxlamaq lazımdır.