Hətta çox faydalı çay da düzgün vaxtda içilmədikdə orqanizm üçün zəhərə çevrilə bilər.

Foodinfo.az bu dəfə "çayxor"ların etdiyi səhvdən danışacaq.

Bir çox insan yeməkdən dərhal sonra çay içir, lakin bu vərdiş yolverilməzdir.

Hətta çox keyfiyyətli çay belə, qidadan A vitamini, B qrupundan olan vitaminlər və kalsium kimi faydalı maddələrin sovrulmasına mane olur. Həmin səbəbdən də çay yeməkdən ən azı bir saat sonra içilməlidir.

Bundan başqa, dərman və vitamin-mineral komplekslərini də çay ilə birlikdə qəbul etmək olmaz.