Soğan yeməklərə dad qatmaqla yanaşı, sağlamlıq üçün də faydalıdır. Onu gündəlik rasiona daxil etdikdə orqanizmdə hansı dəyişikliklər baş verə bilər?

Foodinfo.az bu sualın cavabını oxuculara təqdim edir.

Soğanın tərkibində A və C vitaminləri, B vitaminləri, fosfor, dəmir, kalsium və antioksidanlar var.

Həm çiy, həm də bişmiş halda faydalı xüsusiyyətlərini itirməyən bu tərəfəz diabet və infeksiyalardan qoruyur.

Gündə cəmi yarım soğan yaxşı xolesterin səviyyəsini artırır, insult, ateroskleroz, infarkt və trombozun qarşısını alır.

Soğan tərkibindəki fosfor, kalsium, kükürd və silikon sayəsində sümük və oynaqlar üçün də faydalı olaraq, hətta sınıq riskini azaldır.

Soğan revmatik problemlər zamanı da yardım edə bilər. Ağrıyan yeri rəndələnmiş soğan və tənzif ilə örtmək kifayətdir. Bir saatdan sonra təsiri hiss olunacaq.

Soyuqdəymə zamanı da soğan yemək faydalıdır. Öskürəkdən yorulmusunuzsa, zəiflik hiss edirsinizsə və boğazınız ağrıyırsa, soğandan şərbət hazırlayın. Bunun üçün onu kub şəklində doğrayıb üzərinə bal tökmək kifayətdir. Bir neçə saat sonra süzüb adi şərbət kimi için. Dərhal rahatlıq hiss edəcəksiniz və sağalma prosesi əhəmiyyətli dərəcədə sürətlənəcək. 

Soğan qan azlığı zamanı da faydalıdır. Dəmirlə zəngin olan bitki bu maddəni digər qidalardan da çəkməyə kömək edir.

Soğanın həmçinin zahiri görünüşünüzə də böyük təsiri var. Gündəlik menyunuza əlavə etsəniz, dəriniz yaxşılaşacaq, çapıqlar daha az nəzərə çarpacaq və sızanaqlar yox olacaq. Bundan əlavə, saçlarınız və dırnaqlarınız güclənəcək. Tərkibində kükürd birləşmələrinin olması sayəsində soğan orqanizminizi çirkləndirici maddələrdən və toksinlərdən təmizləyəcək.