Müəyyən qidalar insanda təlaş və narahatlığı artırır.

Foodinfo.az xəbər verir ki, bu nəticəyə Boulderdəki Kolorado Universitetinin mütəxəssisləri gəlib.

Siçovullar üzərində aparılan araşdırma zamanı məlum olub ki, yağ səviyyəsi yüksək olan qidalar faydalı bakteriyaları məhv edərək beyində narahatlıq yaradan kimyəvi maddələrin istehsalını artırır. 

Bundan əlavə, "xoşbəxtlik hormonu" serotoninin istehsalı ilə əlaqəli üç gen yüksək miqdarda yağ qəbul edənlərdə daha aktiv olur.

Nevroloq Kristofer Louri yüksək yağlı qidalanma ilə narahatlıq arasındakı əlaqənin izahının çətin olduğunu bildirir. Həkim bunu qeyri-sağlam mikrobiomun bağırsaqların selikli qişasını pozması ilə əlaqələndirir. Onun sözlərinə görə, yağlar bakteriyaların qan dövranına daxil olmasına və nəticədə beyinə çatmasına imkan verə bilər. 

Lakin Louri bildirir ki, “yaxşı” yağlar da mövcuddur. Onlar "pis" yağların təsirini dayandıra, narahatlıq səviyyəsini azalda bilər. Balıq (alabalıq, sardina, siyənək, qızılbalıq), zeytun yağı, yumurta, qoz-fındıq və toxumlarda (badam, braziliya qozu, keşyu, qoz, çia toxumu, küncüt toxumu və balqabaq toxumu) olan yağlar iltihab əleyhinə təsirə malikdir və beyin üçün faydalıdır.