Çiyələkli piroq yay aylarının təravətləndirici və dadlı desertlərindən biridir. 

Foodinfo.az bu məqalədə çiyələkli piroqun hazırlanma qaydasını təqdim edir:

Lazım Olanlar 

- 1,5 stəkan un

- 1/2 stəkan şəkər tozu

- 100 qram kərə yağı (soyuq və kub şəklində doğranmış)

- 1 yumurta

- 1 çimdik duz

- 500 qram təzə çiyələk

- 1/4 stəkan qarğıdalı nişastası

- 1/4 stəkan əlavə şəkər (çiyələklə qarışdırmaq üçün)

- 1 çay qaşığı vanil ekstraktı (istəyə bağlı)

- 1 yumurta sarısı (üst qat üçün)

Hazırlanma Qaydası

1. Bir qaba unu, şəkər tozunu və duzu əlavə edib qarışdırın.

2. Soyuq kərə yağını un qarışığına əlavə edərək yoğurun. Yağ parçaları tamamilə əriməməlidir, xəmir qırıntılı olmalıdır.

3. Yumurta əlavə edib yenidən yoğurun. 

4. Xəmiri streçləyin və soyuducuda təxminən 30 dəqiqə saxlayın.

5. Çiyələkləri yuyub qurudun və dilimlərə ayırın.

6. Böyük bir qaba çiyələkləri, qarğıdalı nişastasını, əlavə şəkəri və vanil ekstraktını əlavə edin. Yaxşıca qarışdırın ki, çiyələklər şəkərlə bərabər qarışsın.

7. Soyuducuda bərkidilən xəmiri iki hissəyə ayırın. Onun bir hissəni piroq qabının dibinə yayın.

8. Hazırladığınız çiyələk qarışığını xəmirin üzərinə bərabər şəkildə sürtün.

9. Xəmirin digər hissəsini yayaraq çiyələyin üstünü örtəcək bir qapaq hazırlayın. Qapağı çiyələklərin üzərinə qoyun və kənarlarını möhkəmlədin.

10. Piroqun üstünün gözəl rəng alması üçün yumurta sarısı ilə fırçalayın. Xəmirin üzərində bir neçə kiçik deşik açaraq buxarın çıxmasını təmin edə bilərsiniz.

11. Sobanı 180 dərəcə qədər qızdırın.

12. Piroqu əvvəlcədən isidilmiş sobaya qoyun və təxminən 35-40 dəqiqə, yəni xəmir qızılı rəng alana qədər bişirin.

13. Piroqu sobadan çıxardıqdan sonra tamamilə soyumasını gözləyin. Bu, içliklərin sıxlaşmasını və piroqun asanlıqla kəsilməsini təmin edəcək.

Çiyələkli piroq ailəniz və dostlarınızla birlikdə dadlı bir zaman keçirmək üçün mükəmməl bir seçimdir.