Ən tanınmış həkim-diyetoloqlar heç bir şəraitdə yeməyəcəkləri məhsulları açıqlayıb. Bu barədə "Everyday Health" nəşri yazıb.
AzFood həmin mütəxəssislərin fikirlərini təqdim edir:
Kolbasa, sosiska, bekon
Diyetoloq Bonni Taub-Diks deyib ki, heç vaxt emal olunmuş ət yeməyəcək. O, bunun səbəbini belə izah edib:
"Tədqiqatlara əsasən, yüksək miqdarda emal olunmuş ətlə (bekon və kolbasa) zəngin pəhrizlər xərçəng və ya ürək-damar xəstəliklərindən ölüm riskini artıra bilər".
Şirin kofeli içkilər
"Kofe verilən məkanlarda bu qeyri-adi qarışıq içkilərin tərkibində 400-dək kalori və 15 çay qaşığı şəkər ola bilər!", - diyetoloq Coanna Sakimura deyib.
Amerika Kardiologiya Assosiasiyası gün ərzində kişilər üçün 6 çay qaşığı və ya 100 kaloridən çox, qadınlar üçün isə 9 çay qaşığı və ya 150 kaloridən çox əlavə olunmuş şəkər qəbul etməyi məsləhət görmür.
Şirniyyat
Diyetoloq Morin Namkun deyir ki, heç vaxt emal olunmuş un məmulatları yeməyəcək:
"Yararlılıq müddəti məni əsəbiləşməyə məcbur edir, həddindən çox konservant, həddindən çox kimyəvi maddələr, həddindən az dad", - Namkun deyib.
O, "şirin qəlyanaltılar"ın əvəzinə "əsl" desertlərə üstünlük verir.
Marqarin
Bütün diyetoloqlar bildiriblər ki, tərkibində marqarin olan qidadan qaçırlar. O, tərkibindəki pis xolesterin səbəbindən ürək xəstəlikləri riskini yüksəldə bilər.
Nurlan
Son xəbərlər
- Həbsiz bel ağrılarından xilas olmaq mümkündürmü?
- Alimlər qidada olan duzun qan təzyiqini aşağı salacağını kəşf edib
- Bu super qida görmə qabiliyyətinizi qorumağa kömək edəcək
- Azərbaycan şirkəti “SIAL Paris 2024” sərgisində iştirak edib
- Sağlamlıq üçün əhəmiyyətli olan balıqlar
- Ən sağlam və zərərli yan yeməklər