Durian meyvəsi Cənub-Şərqi Asiyada “meyvələrin kralı” olaraq tanınır.
Foodinfo.az xəbər verir ki, bu meyvə xüsusi və güclü qoxusu ilə məşhurdur. Qoxusuna görə bu meyvəni sevməyənlər də olur. Bu səbəbdən bir çox ictimai yerlərdə, xüsusən otellərdə və nəqliyyat vasitələrində duriandan az istifadə edilir.
Durianın içindəki ətli hissə sarımtıl rəngdə və qaymaqlı teksturadadır. Ləzzəti şirin, bəzən isə soğan və karamel qarışığını xatırladır.
Bu meyvə vitamin və minerallarla zəngindir. Xüsusilə C vitamini, kalium, dəmir və lif ehtiva edir. Enerji artırıcı xüsusiyyətləri sayəsində qida dəyəri yüksəkdir və uzun müddət toxluq hissi verir.
Antioksidant xüsusiyyətləri ilə durian immun sistemini gücləndirir və sərbəst radikallarla mübarizə aparır.
Həmçinin ürək sağlamlığı üçün faydalı olan sağlam yağlar və amino turşuları ehtiva edir.
Lakin durianın kalorisi yüksəkdir və artıq istehlak edilməməlidir.