Yulafın sağlamlığa müsbət təsiri çoxdur. Şanxay Elm və Texnologiya Universitetinin alimləri lifin xroniki böyrək xəstəliyinin gedişatına necə təsir etdiyini və burada hansı mexanizmlərin rol oynadığını araşdırıblar.
Foodinfo.az xəbər verirk i, nəticələr "Journal of Agricultural and Food Chemistry" jurnalında dərc olunub.
Siçanlar üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, yulafdan alınan lif və rezistent nişasta faydalı qısazəncirli yağ turşularını artırır və bağırsaq florasının disbakteriozunu tənzimləyir. Xroniki böyrək xəstəliyi olan gəmiricilərdə də böyrək çatışmazlığına səbəb olan uremik toksinlərin səviyyəsinin azaldığı müşahidə olunub.
Bundan əlavə, yulaf heyvanların orqanizmində iltihab səviyyəsini azaldıb və böyrək fibrozunu yüngülləşdirib.
Tədqiqatın nəticələri göstərir ki, yulaf əzməsi xroniki böyrək xəstəliyinin inkişafını ləngidə bilər.