Moruqda sağlamlığa müsbət təsir göstərən bir çox qida maddəsi var. Diyetoloq Teresa Gentile bu giləmeyvənin ürək və bağırsaq sağlamlığına gözlənilməz təsirlərini açıqlayıb.

Moruq antioksidantlar, C, K vitaminləri, kalium, dəmir və manqanla zəngindir. Lakin onu digər giləmeyvələrdən fərqləndirən yüksək lif tərkibidir.

Hər fincanda 8 qram olan moruq bütün qidalar arasında ən zəngin lif mənbəyidir. Bitki lifləri həzm sisteminin işləməsi üçün vacibdir və eyni zamanda ürək sağlamlığına kömək edir.

Bununla belə, unutmayın ki, moruqda yüksək miqdarda lif çox miqdarda istehlak edildikdə, mədədə şişkinlik, ishal və ya qəbizliyə səbəb ola bilər.

Moruq həmçinin antosiyaninlər də daxil olmaqla antioksidant birləşmələrlə zəngindir. Onlar qan təzyiqini aşağı salmağa və ürək xəstəliyi, nevroloji xəstəliklər və xərçəng riskini azaltmağa kömək edir.