Körpələrə, yəni üç yaşından kiçik uşaqlara ümumiyyətlə ekranlı avadanlıq vermək tövsiyə edilmir. Bu yaşda onlar üçün dünyanı hər tərəfdən fəal şəkildə araşdırmaq vacibdir.

Üçdən altıya qədər olan müddətdə məntiqi, diqqəti, yaddaşı və vizual qavrayışı inkişaf etdirən oyun proqramları təqdim edə bilərsiniz.

Uşağın doqquz yaşı olana qədər valideynlər üçün uşağın internetdə hansı məlumatı öyrendiyini yaxından izləmək və məhdudiyyətlər tətbiq etmək vacibdir.  

12 yaşına qədər övladlarınızın sosial şəbəkələrdən istifadə etməsinə icazə verməməli, daha böyük yaşda isə gecə girişini bloklamalı və qadağan olunmuş məzmunu izah etməlisiniz.