Elm adamları gözlənilməz bir məhsulun miqren ağrısını effektiv şəkildə aradan qaldıra biləcəyini kəşf edib. Foodinfo.az xəbər verir ki, bu barədə “World News of Natural Sciences” jurnalında dərc olunan araşdırmada bildirilir.
Söhbət zəncəfildən gedir. O, miqrendən əziyyət çəkən insanlarda ağrıların şiddətini, həmçinin ağrıların tezliyini azalda bilər. Bu bitkidə tapılan maddələr baş ağrısına səbəb olan zülallara bağlana bilir.
Qeyd edək ki, zəncəfilin iltihabı azaltdığı və ürəkbulanma və qusmanı aradan qaldırdığı da sübut edilib.