Son araşdırmalara görə, alimlər dünyanın ən qidalı və faydalı qida maddələrini seçiblər. Badamın sağlamlığa faydaları əhəmiyyətlidir. Foodinfo.az Teleqraf.com-a istinadən meyvə ilə bağlı yazını təqdim edir. Badam qəbizlik, tənəffüs xəstəlikləri, öskürək, ürək xəstəliyi, anemiya, dözümsüzlük və şəkərli diabet problemlərinin həllində istifadə olunur. O, həm də sağlam saçların qorunmasına, dəriyə qulluq və diş baxımına kömək edir. E vitamini, kalsium, fosfor, dəmir və maqneziumla zəngin olan badam sink, selenium, mis və niatsin ehtiva edir. Şirin badam yeyilsə də, acı badamdan yağ istehsalında istifadə olunur. Həzm prosesini sürətləndirmək üçün bac qarına badam yemək məsləhətdir. Badam insan beyninin inkişafına kömək edən qida mənbəyidir. Eyni zamanda beyin fəaliyyətini artıran və Alzaymer xəstəliyi ehtimalını azaltdığı deyilən riboflavin və L-karnitin ehtiva edir. Tədqiqatlar badam və badam yağının sağlamlıq və sinir sisteminin daha yaxşı işləməsi üçün faydalı olduğunu göstərir. Bu qidanın müntəzəm istehlak edilməsi qanda xolesterolun aşağı düşməsinə kömək edir. Bir çox vitamin və mineralın, xüsusən də fosforun fantastik mənbəyi olan badam sümüklərin və dişlərin möhkəmliyinə, uzunömürlülüyünə əhəmiyyətli dərəcədə təsir göstərir. Badamdakı zülal və kalium ürək sağlamlığında mühüm rol oynayır. Tərkibində maqneziumun olması infarktın qarşısını almağa kömək edir. Tədqiqatlar göstərir ki, badamla zənginləşdirilmiş diyetlər damar funksiyasının yaxşılaşdırılmasına kömək edir. Badam qələvi maddələr üçün yaxşı bir qaynaqdır və bu immunitet sistemi üçün böyük fayda gətirir, eyni zamanda müxtəlif xəstəliklərin olma ehtimalını azaldır. Acı badam südü çəki azaltmaq üçün istifadə edilə bilər. Badamda olan mono-doymamış yağlar, kökəlməyin qarşısını alır. Tərkibindəki pəhriz lifi doyumluluq hissi verir. Tədqiqatlar aşağı kalorili badamla zəngin bir diyetin obez insanlar üçün yaxşı olduğunu göstərdi. Həftədə iki dəfə badam yemək insanı ideal saxlayır.