Çox yeməməyə kömək edəcək beş vacib qayda var. 

Foodinfo.az xəbər verir ki, həkim-qastroenteroloq Vladimir Neronov bu qaydalardan danışıb.

O, ilk növbədə, qeyd edib ki, səhər yeməyi, nahar və şam yeməyi olmalıdır. Həkimin sözlərinə görə, hətta ikinci səhər yeməyi və günortadan sonra qəlyanaltını da əlavə edərək gündə beş dəfə yemək daha yaxşıdır. 

İkincisi, yeməyi hər gün eyni vaxtda yemək lazımdır. 

Üçüncü qayda yeməyin keyfiyyəti ilə bağlıdır. Məsələn, səhər yeməyində qanlı steyk deyil, sıyıq yemək lazımdır.

Bir də ki, yemək isti olmalıdır və onu yaxşıca çeynəmək lazımdır. 

Beşinci qayda: gündə təxminən 2-2,5 litr su içməlisiniz. Bu norma insanın çəkisi, boyu və ətraf mühitin rütubətindən asılıdır.

Qeyd edək ki, daha öncə terapevt Svetlana Kuprina qida asılılığının fəsadlarından danışarkən izah edib ki, həzz almaq üçün çox yemək psixi problemlərin mövcudluğundan xəbər verir və bununla mübarizə etməsəniz, daha ciddi xəstəliklər yarana bilər.

Nərmin