Yüksək qan təzyiqi (hipertoniya) bir çox səbəblərdən yaranır ki, bunlardan biri də duzlu yeməklərdir. ABŞ və Çexiya alimlərinin siçovullar üzərində apardıqları eksperiment göstərib ki, nitratlarla zəngin çuğundur şirəsi duzlu yeməklərin səbəb olduğu qan təzyiqini salır. Tədqiqatın nəticələri “Hypertension” (“Hipertoniya”) jurnalında dərc edilib. Tədqiqatda deyilir ki, bir qədər çuğundur və tərkibində nitratlar olan digər məhsullar duzdan ifrat istifadə ilə bağlı yüksək qan təzyiqinin qarşısını alır. “Food.News” nəşri yazır: “Kaliforniya, San-Fransisko, Miçiqan universitetlərinin və Çexiya Elmlər Akademiyasının Fiziologiya İnstitutunun alimləri tədqiqat zamanı duza həssas olan siçovullara azacıq çuğundur şirəsi veriblər. Duza həssas olan gəmiricilərin digər qrupuna meyvəköklü, habelə kərəviz, kahı və ispanaq kimi yaşıl tərəvəzdə olan pəhrizlik nitratdan azacıq veriblər. Nəticələr göstərib ki, siçovullarda duzun səbəb olduğu qan təzyiqinin qarşısının alınmasında həm çuğundur şirəsi, həm də nitratlı əlavələr kaliumdan 100 dəfə çox səmərəli olub”. Çuğundur pəhrizlik nitratla (NO3) zəngindir. Belə nitrat bioloji fəal nitratın (NO2) və azot oksidinin (NO) qarşısını alır. NO boşalmış və genişlənmiş qan damarlarına cavab verir. Ekspertlər nitratlardan gündəlik istifadəni artırmaq barədə düşünən insanlara tərəvəzi suda bişirməməyi tövsiyə edirlər, çünki nitratlar suda həll olur. Bunun əvəzinə tərəvəzi buxarda bişirməyi, qızartmağı və ya ondan nitratlarla zəngin şirə hazırlamağı məsləhət görürlər.