Rusiyalı dietoloq Liliya Starodubtseva valideynlərə uşaqlarına sağlam vərdişlər və sağlam qidaya məhəbbət aşılamağı tövsiyə edib. Foodinfo.az xəbər verir ki, diyetoloq bildirib ki, uşaq daha çox tərəvəz və meyvə yeməlidir.  

Dietoloq həmçinin tövsiyə edib ki, uşaqları göyərtiyə öyrəşdirmək önəmlidir. Starodubtseva həmçinin şirələr, kompotlar və qazlı içkilər deyil, təmiz su içməyin vacibliyini qeyd edib.

Həmçinin, onun sözlərinə görə, uşaqlara zülal lazımdır. Süfrədə ət, quş əti, balıq və yumurta olmalıdır.

Nurlan