Ağ tut sağlamlıq üçün çox faydalı olan meyvələrdən biridir. Tərkibində bol miqdarda vitamin, mineral və antioksidantlar var. Ağ tut A, C, E və K vitaminləri ilə zəngindir, bu da onun immun sistemini gücləndirən və bədən hüceyrələrini qoruyan xüsusiyyətlərini artırır.

Foodinfo.az xəbər verir ki, ağ tut dəmir və kalsium mənbəyi olduğu üçün qan azlığına (anemiya) və sümük sağlamlığına müsbət təsir göstərir. Dəmir qanda hemoglobinin səviyyəsini artıraraq yorğunluğu azaldır, kalsium isə sümüklərin möhkəmlənməsinə kömək edir.

Ağ tutun tərkibindəki antioksidantlar sərbəst radikallarla mübarizə apararaq xərçəng riskini azaldır və yaşlanma prosesini yavaşladır.

Bu meyvə həzm sistemini tənzimləməyə də kömək edir. Tərkibindəki liflər bağırsaq hərəkətlərini artırır, qəbizliyi aradan qaldırır və ümumi həzm sağlamlığını yaxşılaşdırır. Eyni zamanda, ağ tutun təbii şəkəri enerji səviyyəsini artırır və beyin funksiyalarını dəstəkləyir.

Ağ tutun faydaları arasında dəri sağlamlığı da var. Tərkibindəki vitamin və minerallar dərini nəmləndirir, elastikliyini artırır və sızanaq, cizvə kimi dəri problemlərini azaldır.

 Bu xüsusiyyətləri ilə ağ tut sağlam qidalanma və ümumi sağlamlıq üçün mükəmməl bir meyvədir.