Çinar yarpağı çoxsaylı sağlamlıq faydalarına malikdir. Bu yarpaqlar antioksidant, antibakterial və antiinflamatuar xüsusiyyətləri ilə tanınır. 

Foodinfo.az xəbər verir ki, çinar yarpağının tərkibində olan flavonoidlər və fenolik maddələr orqanizmi sərbəst radikalların zərərli təsirlərindən qoruyur. Bu da, ürək-damar xəstəliklərinin riskini azaldır. 

Yarpaqların çayı mədə-bağırsaq problemlərinə, xüsusən də mədə xorası və qastrit kimi xəstəliklərə yaxşı təsir göstərir. 

Bundan başqa, çinar yarpağının dəmləməsi dəri xəstəliklərinin müalicəsində istifadə edilərək yaraların tez sağalmasına kömək edir. 

Oynaq və əzələ ağrılarına qarşı da təsirli olan çinar yarpağı revmatizm və artrit kimi xəstəliklərdə istifadə edilir. 

Ancaq istifadədən əvvəl həkimlə məsləhətləşmək vacibdir.